“Gürcü Arzusu” partiyası xalqımızı vətənsiz qoymaq istəyirlər”

Aug 8, 2025 - 18:47
 0  21
“Gürcü Arzusu” partiyası xalqımızı vətənsiz qoymaq istəyirlər”

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili hakim “Gürcü Arzusu” partiyasını sərt tənqid edib. O, sosial şəbəkədə yazıb ki, “İvanişvilinin danışan kuklalarının bəyanatları Gürcüstan dövlətinin tamamilə məhv edilməsinə və gürcü xalqının Vətənsiz qalmasına xidmət edir”.

Saakaşvilinin sözlərinə görə, “rus pəncəsini qırmaq və rejimi təcili dəyişmək üçün yeganə cavab – qətiyyətli və fədakar mübarizə olmalıdır”.

“İvanişvilinin danışan kuklalarının bəyanatları Gürcüstan dövlətinin tam məhv edilməsinə və gürcü xalqının birdəfəlik Vətənsiz qalmasına yönəlib. Bizim cavabımız isə yalnız bir ola bilər – bu rus pəncəsini sındırmaq və rejimi dərhal dəyişmək üçün qətiyyətli, fədakar mübarizə aparmaq.

Bizim borcumuzdur ki, 2008-ci il müharibəsinin və Abxaziya savaşlarının qurbanlarının qanı yerdə qalmasın və hamıya sübut edək ki, bu gün də Vətənimizi sevirik, onu xilas etmək üçün hər şeydən keçməyə hazırıq.
Biz mütləq qalib gələcəyik!” – deyə Mixeil Saakaşvili bildirib.

mənbə: marneulifm