Düşetidə bir nəfər bıçaqlandı, şübhəli saxlanıldı

Oct 17, 2026 - 11:27
 0  14
Düşetidə bir nəfər bıçaqlandı, şübhəli saxlanıldı

Düşetidə baş verən mübahisə qanlı insidentlə nəticələnib. Bir nəfər soyuq silahla yaralanıb.

XEBER.GE xeber  verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisədən əvvəl tərəflər arasında mübahisə baş verib. Şübhəli hadisə yerindən qaçsa da, polis onu qısa müddətdə saxlayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Düşeti bələdiyyəsində mübahisə zamanı bir nəfərə soyuq silahla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Yaralı kişi tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib. Polis şübhəlini əməliyyat-axtarış tədbirləri nəticəsində saxlayıb. Cinayətdə istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.