DTX Xabeişviliyə həbsxanadan zəng etmək və məktub göndərməyi qadağan edib

Sep 17, 2025 - 11:27
 0  29
DTX Xabeişviliyə həbsxanadan zəng etmək və məktub göndərməyi qadağan edib

Prokurorluq Xabeişvilinin həbsdə saxlanılmasını, Murtaz Zodelavaya isə girov təyin edilməsini tələb edib.


13 sentyabrda hakim Pikria Siqturaşvili – hansı ki, əvvəllər Xabeişvilinin saxlanılması barədə order də vermişdi – siyasətçi barəsində qətimkan tədbiri kimi həbs seçdi. Bununla da o, prokurorluğun vəsatətini tam şəkildə təmin etdi, müdafiə tərəfinin tələblərini isə heç qismən də olsa qəbul etmədi. Müdafiə tərəfi Xabeişvilinin həbs əvəzinə digər məhdudiyyətlərlə – girov, evdən çıxmamaq, elektron bilərzik və hətta siyasi bəyanatlar vermək qadağası ilə – cəzalandırılmasını tələb edirdi.


Pikria Siqturaşvili 2025-ci ilin iyulunda hakim təyin olunub. Elə həmin vaxt o, həbsdə olan qadın müəllimə Nino Dataşvilinin iradəsinə zidd olaraq psixiatrik ekspertizadan keçirilməsi barədə də qərar vermişdi. Siqturaşvilinin həyat yoldaşı Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşıdır.

mənbə: marneulifm