Döyülərək öldürülən 53 yaşlı kişi: DİN Msxetada baş verən cinayətin üstünü açıb

Apr 13, 2026 - 11:03
 0  30
Döyülərək öldürülən 53 yaşlı kişi: DİN Msxetada baş verən cinayətin üstünü açıb

Gürcüstanın Msxeta bələdiyyəsində qətl hadisəsi qeydə alınıb.

Mübahisə zəminində bir nəfər aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinə  istinadən verdiyi məlumata görə, Msxeta-Mtianeti Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə 1983-cü il təvəllüdlü T.K.-nı saxlayıblar.

  İstintaqla müəyyən edilib ki, cari ilin 12 aprel tarixində Msxeta bələdiyyəsi ərazisindəki yaşayış mənzillərindən birində tərəflər arasında mübahisə yaranıb. Münaqişə zamanı təqsirləndirilən şəxs 1973-cü il təvəllüdlü D.B.-yə ağır fiziki xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Aldığı zərbələr nəticəsində D.B. hadisə yerindəcə vəfat edib.

  Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs "isti izlərlə" qısa müddətdə yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (Qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.

Bu maddə üzrə təqsirləndirilən şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.