Dövlət yardımı alan ailələrin sayı açıqlanıb

Aug 6, 2026 - 13:57
 0  7
Dövlət yardımı alan ailələrin sayı açıqlanıb

Gürcüstanda dövlət sosial yardımını təxminən 119 min ailə alır.

XEBER.GE xəbər verir ki, yardım alan insanların sayı 432 968 nəfərdir.

Onların böyük hissəsini 18 yaşdan kiçik uşaqlar təşkil edir.

Təkcə aprel ayında sosial yardım üçün dövlət tərəfindən 45,3 milyon lari ödənilib. Ümumi ödəniş məbləği isə 185,3 milyon lari olub.

Gürcüstanda maddi vəziyyəti zəif olan ailələr dövlət tərəfindən yoxlanılır və müəyyən bal sisteminə əsasən yardım alırlar. Ailənin gəliri, əmlakı, yaşayış şəraiti və ailə üzvlərinin sayı nəzərə alınır.