DİN: xüsusi əməliyyat Guriya bölgəsində qətl hazırlayan killer və qrup üzvləri saxlanılıb
Guriya Polis Departamentinin əməkdaşları ağırlaşdırıcı səbəblərlə qrup halında qəsdən adam öldürməyə hazırlıq və qondarma "oğru dünyası"nın üzvü olmaq ittihamı ilə üç nəfəri saxlayıblar. Bundan əlavə,
XEBER.GE xeber verir ki, DİN-in məlumatına görə, xaricdə olan qondarma "qanuni oğru"ya qiyabi olaraq ittiham elan olunacaq.
"Hüquq-mühafizəçilər tərəfindən cinayət işi üzrə aparılmış gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, iki təqsirləndirilən şəxs keçmişdə baş vermiş şəxsi münaqişə və qisas məqsədilə şəxslərdən birinin qətlini planlaşdırıb. Cinayətkar niyyəti həyata keçirmək məqsədilə cinayətkar qrupun üzvləri xaricdə olan "qanuni oğru", Aleksandre Kurasbedianiyə (ləqəbi "Sripa") yaxınlaşaraq qətlin təfərrüatlarını, o cümlədən vaxtını və yerini müəyyənləşdiriblər.
Birbaşa qətlin icrası üçün isə Tbilisidən Guriya bölgəsinə şəxs gətirilib, ona saxlanılacağı təqdirdə maddi təminat və penitensiar müəssisədə himayə vəd olunub.
Əməliyyat tədbirləri və istintaq hərəkətləri ilə o da təsdiq olunur ki, təqsirləndirilən şəxslər odlu silah və partlayıcı qurğu əldə edib, qurbanın hərəkət marşrutunu öyrənib, pusqu və hücum üçün əlverişli yer seçib, cinayətin gizlədilməsi planını əvvəlcədən tərtib ediblər.
Hüquq-mühafizəçilər həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətkar qrupun üzvlərini cinayəti başa çatdırmamışdən əvvəl saxlayıblər", – deyə DİN bildirir.
İstintaq Cinayət Məcəlləsinin 18-109-cu maddəsinin "i" bəndi, 223-cü prim maddənin birinci hissəsi və 236-cı maddəsi ilə aparılır ki, bu da 20 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
"Hüquq-mühafizəçilər təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərində aparılan axtarış nəticəsində maddi sübut kimi kompüter texnikası və mobil telefonlar götürüblər ki, onların vasitəsilə onlar bir-biri və xaricdə olan "qanuni oğru" ilə əlaqə saxlayıblar. Hüquq-mühafizəçilər həmçinin odlu silah və döyüş sursatı götürüblər".