Aksizsiz siqaretlərin saxlanılması faktına görə iki nəfər saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qabaqcadan razılaşma əsasında qrup halında, xüsusilə külli miqdarda aksiz markasının vurulması məcburi olan malların aksiz markası olmadan saxlanılması faktı ilə bağlı iki nəfəri saxlayıblar.
XEBER.GE xeber verir ki, istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslərdən birinin yaşayış evindən müxtəlif adda 3 000 qutu aksizsiz siqaret götürülüb. Götürülmüş məhsulun ümumi bazar dəyəri 19 200 lari təşkil edir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin 2-ci hissəsinin "g" bəndi və 3-cü hissəsi ilə aparılır ki, bu da cəza qismində 6 ildən 8 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.