Daxili İşlər Nazirliyi: Fentanil, metadon, heroin müsadirə olundu - 34 nəfər saxlanıldı- Video

Jul 25, 2025 - 20:36
 0  16

Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidzenin bildirdiyinə görə, son 24 saat ərzində narkotik cinayətləri ilə əlaqədar 34 nəfər saxlanılıb. Onların əksəriyyəti iri miqyaslı narkotik satıcılarıdır, bəzilərinə isə xüsusilə böyük miqdarda narkotik maddələrin qanunsuz alqı-satqısı və saxlanması ittihamı irəli sürülüb.

“Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

Hüquq-mühafizə orqanları, məhkəmə qərarı əsasında, narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan şəxslərdən bir neçə dəfə narkotiklərin nəzarətli alqı-satqısını həyata keçiriblər və bu əməliyyatların gizli audio-video qeydlərini aparıblar.

Narkotik cinayətləri ilə əlaqədar saxlanılan şəxslərin şəxsi əşyaları və yaşadıqları evlər axtarılan zaman sübut kimi külli miqdarda müxtəlif növ narkotik vasitələr, o
cümlədən: “fentanil”, “heroin”, “metadon”, “suboksin”, “marixuana” və digər maddələr müsadirə olunub.

İstintaq hərəkətləri nəticəsində sübut kimi həmçinin saxlanılanların qanunsuz yolla satdıqları narkotik maddələr, ehtimal ki, bu satışdan əldə edilən pul və qeydiyyatdan keçməmiş odlu silahlar və döyüş sursatı da götürülüb.

İstintaq müəyyən edib ki, narkotik cinayəti ilə saxlanılan şəxslər narkotik vasitələrin yayılması üçün müxtəlif üsullardan istifadə ediblər. Onlar narkotik maddələri əlbəəl vermə və əvvəlcədən qoyulmuş yerə yerləşdirmə metodları ilə satıblar,”
 deyə Daraxvelidze bildirib.

Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını

mənbə: marneulifm