Zuqdididə bələdiyyə əməkdaşı rüşvət almaqda ittiham olunur

Jul 25, 2025 - 19:45
Jul 25, 2025 - 20:27
 0  13
Zuqdididə bələdiyyə əməkdaşı rüşvət almaqda ittiham olunur

Gürcüstan Prokurorluğu Zuqdidi Bələdiyyə İcra Hakimiyyətinin nümayəndəsinə rüşvət alma və tələb etmə faktı ilə bağlı ittiham irəli sürüb.

Bu barədə Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən aparılmış istintaq nəticəsində müəyyən edilib ki, bələdiyyə əməkdaşı inzibati ərazi vahidlərindən birində ağac və bitkilərin mənşəyi barədə saxta arayışların verilməsi müqabilində vətəndaşdan müxtəlif vaxtlarda ümumilikdə 500 lari məbləğində rüşvət tələb edib və alıb.

Qurumun məlumatına görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində rüşvət qismində alınmış məbləğin bir hissəsi maddi sübut kimi götürülüb.

Təqsirləndirilən şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi üzrə (rüşvət alma – vəzifəli şəxsin öz səlahiyyətlərindən istifadə edərək rüşvət verənin xeyrinə hər hansı hərəkəti yerinə yetirməsi məqsədilə pul tələb etməsi və alması; iki epizod üzrə) ittiham irəli sürülüb. Bu maddə ilə 9 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təqdim edəcək.

mənbə: interpress