Gürcüstan 13 əcnəbini ölkədən çıxarıb

Son günlərdə miqrasiya qaydalarını pozduqları üçün 5 ölkənin vətəndaşları Gürcüstandan çıxarılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Qüvvədə olan qanunvericiliyə əsasən, həmin şəxslərin ölkəyə girişi qadağan edilib.
DİN-in məlumatına görə, Gürcüstandan Misir, Türkiyə, Hindistan, İordaniya və Pakistan vətəndaşları çıxarılıb.
mənbə: report