Daxili İşlər Nazirliyi Qardabanidə müxtəlif cinayətlərə görə axtarışda olan şəxsi saxlayıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, Qardabani Rayon İdarəsinin əməkdaşları müxtəlif cinayətlərə görə axtarışda olan, 1971-ci il təvəllüdlü G.G.-ni saxlayıblar.
“Tutulmuş G.G. hüquq-mühafizə orqanları tərəfindən ailə daxilində törədilmiş zorakılıq və ailə üzvünə qarşı dəfələrlə hədə-qorxu gəlmə ittihamı ilə axtarılırdı”, – qurumun açıqlamasında deyilir.
Məlumata görə, Batumi Şəhər Məhkəməsi G.G.-yə qarşı qiyabi olaraq həbs qətimkan tədbiri seçmişdi.
Təqsirləndirilən şəxs Penitensiar Müəssisəyə köçürülüb.
Qurumun açıqlamasında hadisənin nə vaxt baş verdiyi və həmin şəxsin nə qədər müddət axtarışda olduğu dəqiqləşdirilməyib.
mənbə: marneulifm