Cinsi İstismar Şəbəkəsi: Polis 7 nəfəri həbs etdi, 10 obyekt möhürləndi!

Jun 20, 2025 - 13:44
 0  41
Cinsi İstismar Şəbəkəsi: Polis 7 nəfəri həbs etdi, 10 obyekt möhürləndi!
: :
playing

Gürcüstan Daxili İşlər Nazirliyi fahişəliyə şərait yaratmaq və bu məqsədlə yerin təqdim edilməsi faktı üzrə Tayland vətəndaşı olan 7 nəfəri saxlayıb. Əməliyyat nəticəsində Tbilisidə yerləşən 10 obyektin fəaliyyəti dayandırılıb.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən aparılan istintaq və məhkəmə qərarı əsasında həyata keçirilmiş gizli əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər fahişəliyə cəlb olunmuş qadınlara sistematik şəkildə yardım göstərirdilər. Belə ki, onlar Tbilisinin Nikoladze, Vaşlovani, Kostava və Axvlediani küçələrində yerləşən obyektlərdə qadınlara müəyyən məbləğ qarşılığında otaqlar təqdim edirdilər.

İstintaq həmçinin müəyyən edib ki, obyektlərin administratorları qadınlara müştəri tapmaqda yardım göstərir və göstərilən xidmətlərdən əldə olunan gəlirdən pay alırdılar. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu obyektlərin əsas gəlir mənbəyi məhz fahişəliyə şərait yaratmaq olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 7 şəxs saxlanılıb və 10 obyektin fəaliyyəti dayandırılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsinin birinci və ikinci hissələri ilə aparılır. Bu maddələr fahişəliyə şərait yaratma və fahişəlik məqsədilə yerin təqdim edilməsini nəzərdə tutur.

mənbə: interpress