Çantasındakı “powerbank” partladı, xəsarət aldı - Video

Jun 19, 2026 - 23:08
 0  14

Qazaxıstanda idman zallarından birində qadın çantasındakı “powerbank”ın partlaması nəticəsində xəsarət alıb.

XEBER.GE xəbər verir ki, sosial mediada yayılan görüntülərə əsasən qadının çantasından tüstü çıxıb, ardınca “poverbank” partlayıb.

O, çantasını yerə ataraq alovdan qaçmağa çalışarkən, idman zalının işçiləri müdaxilə edərək yanğını söndürüblər.

Hadisə nəticəsində qadının saçları yanıb və müxtəlif bədən xəsarətləri alıb.

mənbə: publika.az