Cəsədi Qırıxlı kənd ərazisində tapılan taksi sürücüsünün qatillərinə 20 illik həbs cəzası verilib

Dec 18, 2024 - 21:04
 0  55
Cəsədi Qırıxlı kənd ərazisində tapılan taksi sürücüsünün qatillərinə 20 illik həbs cəzası verilib

Prokurorluğun məlumatına görə, Rustavi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları bölüşərək, təqsirləndirilən şəxsi qrup halında, tamah və xüsusi amansızlıqla qəsdən adam öldürmədə təqsirli bilib və 20 il müddətinə azadlıqdan məhrum edib.

“Məhkəmə zamanı tədqiq edilən dəlillər sübut edib ki, 2023-cü il mayın 20-də Tetritskaro bələdiyyəsinin Marabda kəndində təqsirləndirilən şəxs azyaşlı da daxil olmaqla iki həmfikiri ilə birlikdə taksi sürücüsünün başına çoxsaylı xəsarətlər yetirərək onu “trosla” boğaraq öldürüb.

İzləri gizlətmək üçün meyit Marneuli bələdiyyəsinin Qırıxlı kəndi ərazisinə aparılaraq basdırılıb, daha sonra mərhumun avtomobilinə yiyələniblər.
Məhkəmə təqsirləndirilən şəxsi Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “i”, “m” və “n” bəndləri (bir qrup halında, xüsusi amansızlıq və tamahla qəsdən adam öldürmə) ilə təqsirli bilib və 20 il müddətinə azadlıqdan məhrum edilib. .
Qeyd edək ki, məhkəmə artıq adıçəkilən cinayət işi üzrə azyaşlı da daxil olmaqla iki təqsirləndirilən şəxsi təqsirli bilib və birini 20 il, azyaşlı isə 12 il müddətinə azadlıqdan məhrum edib”, - deyə məlumatda bildirilir.

mənbə: marneulifm