Bu tarixdə güclü yağış və dolu gözlənilir

Aug 20, 2025 - 18:57
 0  109
Bu tarixdə güclü yağış və dolu gözlənilir

Avqustun 21-i gecədən günün sonunadək Qərbi Gürcüstanın əksər bölgələrində, eləcə də Şərqi Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış, bəzi yerlərdə isə güclü leysan yağacağı proqnozlaşdırılır.

Bu barədə Gürcüstanın Ətraf Mühit Milli Agentliyi məlumat yayıb. 

Qərbi Gürcüstanın dağlıq rayonlarında çox güclü yağış, ildırım, dolu və qərb istiqamətli güclü külək də mümkündür.

Agentliyin xəbərdarlığında qeyd olunur ki, yağıntılar nəticəsində Gürcüstanın kiçik çaylarında daşqınlar baş verə, dağlıq və təpəlik ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsi mümkündür. Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.

mənbə: interpress