Bu ölkədə 7,8 bal gücündə zəlzələ oldu: ölənlər var - Video

Jun 8, 2026 - 11:49
 0  43

Filippinin Mindanao adasının cənub sahillərində 7,8 bal gücündə zəlzələ baş verib.

 Xeber.ge xəbər verir ki, bu barədə "ABS-CBN Nyus" telekanalı məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar nəticəsində General Santos şəhərində bir sıra binalar dağılıb.

İlkin məlumata görə, 8 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Qeyd edək ki, zəlzələdən sonra ölkədə sunami təhlükəsi elan edilib və bir sıra güclü afterşoklar müşahidə olunub.

 

mənbə: axar,az