Britaniya moldovalı deputat və gürcü hakimlərə qarşı sanksiyalar tətbiq edib

Apr 2, 2025 - 19:23
 0  27
Britaniya moldovalı deputat və gürcü hakimlərə qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya Moldova parlamentinin müxalif deputatı Marina Tauber və Tbilisi Apellyasiya Məhkəməsinin sədri Mixail Çinçaladzeyə qarşı məhdudiyyətlər tətbiq edib.

Bu, Britaniya hökumətinin saytındakı yenilənmiş sanksiya siyahısında əks olunub.

Birləşmiş Krallığa giriş qadağası və aşkar edildiyi təqdirdə aktivlərin dondurulmasını nəzərdə tutan məhdudlaşdırıcı tədbirlər Tbilisi Apellyasiya Məhkəməsinin hakimi Levan Murusidzeye də şamil edilib.

Bundan əlavə, "Avrasiya" ANO-nun baş direktoru Nelli Parutenko da məhdudiyyətlər altına düşüb.

mənbə: report