Bolnisidə dövlət məktəblərindən birinin əməkdaşı naməlum şəxs tərəfindən hücuma məruz qalıb
Naməlum şəxs Bolnisi rayonunun Kazreti qəsəbəsində dövlət məktəblərindən birinin informasiya meneceri Pikriya Epitaşviliyə hücum edərək, sifətinə dəyənəklə xəsarət yetirib.
“Azadlıq” radiosunun məlumatına görə, zərərçəkənə artıq Bolnisi xəstəxanasında ilkin tibbi yardım göstərilib və hazırda o, polis tərəfindən dindirilir.
Pikriya Epitaşvilinin dostu Nata Tsnobiladzenin sözlərinə görə, insident Pikria Epitaşvilinin vətəndaş mövqeyi ilə bağlıdır.
Nata Tsnobiladzenin sözlərinə görə, Pikriya davam edən etiraz aksiyalarının fəal iştirakçısıdır, aksiyalarda iştirak etmək üçün Kazretidən Tbilisiyə gedir və bu barədə sosial şəbəkələrdə açıq şəkildə yazır.
mənbə: interpress