Gürcüstanda saxta sürücülük vəsiqəsi verən 3 polis işdən qovuldu
Gürcüstanın Daxili İşlər Nazirliyində (DİN) ciddi kadr təmizləməsi və cinayət işi başlanıb.
Xeber.ge xəbər verir ki, nazirliyin Baş İnspeksiyası xidməti səlahiyyətlərindən sui-istifadə faktı üzrə bir nəfərə ittiham irəli sürüb, üç əməkdaşı isə işdən qovub.
İstintaqla müəyyən edilib ki, DİN-in Xidmət Agentliyinin 1977-ci il təvəllüdlü əməkdaşı D.İ. praktik imtahanlar zamanı qanunsuz gəlir əldə etmək üçün sxem qurub. O, imtahandan kəsdiyi namizədləri qəsdən öz yaxın adamının yanına pullu hazırlığa göndərib və bundan maddi mənfəət əldə edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 332-ci maddəsi (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə araşdırma aparılır.
İstintaq prosesində Xidmət Agentliyinin digər əməkdaşları — G.S., L.Q. və A.B.-nin də intizam qaydalarını kobud şəkildə pozduğu üzə çıxıb. Yoxlamalar nəticəsində məlum olub ki, bu şəxslər tərəfindən üç vətəndaşa qanunsuz olaraq sürücülük vəsiqəsi verilib.
· Hər üç əməkdaş barəsində "işdən azad edilmə" intizam tənbehi tətbiq olunub;
· Qanunsuz verilmiş vəsiqələrin ləğvi istiqamətində tədbirlər görülür.