Bolnisi rayonunda çayın suyunun artması tələfatla nəticələnib - VİDEO

Apr 15, 2025 - 22:20
 0  39

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndində Poladauri çayının suyunun artması tələfatla nəticələnib.

Kənd sakini Mövlud Talıbov at arabası ilə çayı keçməyə çalışarkən su arabanı aşırıb.

O, xilas olmağı bacarıb, lakin at suda tələf olub. Hadisə yerinə polis patrulu cəlb olunub.

Qeyd edək ki, Kvemo Bolnisi kəndinin Talıblı adlandırılan məhəlləsini kəndin əsas hissəsi ilə birləşdirən körpü ötən ilin mayında güclü sel nəticəsində sıradan çıxıb. Sakinlər çaya sel gəldiyi günlərdə kənd mərkəzi ilə əlaqə saxlamaq üçün qonşu kəndlərin ərazisindən keçməli və ya gur su axını ilə hərəkət etməli olduqlarını bildirirlər. Sakinlərin sözlərinə görə, yerli idarəetmə orqanları seçki ərəfəsində körpünün bərpa ediləcəyinə dair söz versələr də, hələki problem olduğu kimi qalır.

mənbə: apa