Bоlnisdə həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan şəxs saxlanılıb

Aug 14, 2025 - 20:03
 0  40
Bоlnisdə həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin İstintaq İdarəsinin əməkdaşları isti izlərlə keçirdikləri operativ-axtarış və istintaq tədbirləri nəticəsində, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməkdə ittiham olunan 1946-cı il təvəllüdlü A.V.-ni yaxalayıblar.

Qanunvericiliyə görə, bu cinayət 16 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. İstintaqla müəyyən olunub ki, Bolnis rayonunun kəndlərindən birində, öz yaşayış evində, mübahisə zəminində, təqsirləndirilən şəxs həyat yoldaşı — 1950-ci il təvəllüdlü E.T.-yə soyuq silah (bıçaq) ilə ölümcül xəsarət yetirib.

Aparılmış istintaq hərəkətləri nəticəsində polis təqsirləndirilən şəxsi isti izlərlə saxlayıb. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi üzrə istintaq aparılır.

mənbə: marneulifm