Böyük miqdarda aksizsiz siqaret: iki nəfər həbs olundu

Jul 4, 2026 - 12:11
 0  23
Böyük miqdarda aksizsiz siqaret: iki nəfər həbs olundu

Şinaxlı daxili işlər nazirliyinin Daxili Kartli Polis Departamentinin əməkdaşları xüsusilə böyük miqdarda, qrup halında, aksiz markası olmadan siqaret saxlama və daşıma ittihamı ilə iki nəfəri saxlayıb.

XEBER.GE xeber  verir ki, nazirlik məlumat yayıb ki, polis əməkdaşları şübhəliləri elə aksiz markası vurulmamış böyük miqdarda siqaret daşıyarkən yaxalayıblar.

Polis əməliyyat zamanı 56 min lari dəyərində qaçaqmal siqareti ələ keçirib.

İstintaq Cinayət Məcəlləsinin 200-cü maddəsinin 3-cü hissəsi ilə aparılır və bu, 8 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.