Bloqer Daur Buavanın ölümü ilə bağlı yeni təfərrüat-VİDEO
Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları Daur Buavanın ölümü faktı ilə bağlı başladılmış istintaq çərçivəsində təhlükədə qoyma ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıblar.
XEBER.GE xeber verir ki, keçirilmiş istintaqla müəyyən edilir ki, təqsirləndirilən şəxs qismində saxlanılan xarici ölkə vətəndaşı və Daur Buava dost olublar. Onlar Tbilisidə, Didi Diğomidə Daur Buavanın müvəqqəti yaşadığı mənzildə birlikdə olublar və burada narkotik vasitə qəbul ediblər, bundan sonra hər ikisinin səhhəti pisləşib.
Təqsirləndirilən şəxsin dindirilməsi nəticəsində məlum olur ki, o, səhhəti pisləşən, kritik dərəcədə ağır və həyatı üçün təhlükəli vəziyyətdə olan Daur Buavanı tək qoyub. Xüsusilə, təqsirləndirilən şəxs mənzilin qapısını ikinci açarla çöldən bağlayaraq hadisə yerindən uzaqlaşıb, baş verənlər barədə heç kimə məlumat verməyib və Daur Buavaya kömək etmək üçün heç kimə müraciət etməyib", — deyə bəyanatda bildirilir.