Biznesmenin qətli və hədə-qorxu işi üzrə kriminal avtoritetə ittiham irəli sürüldü
Gürcüstan Prokurorluğu “kriminal avtoritet” kimi tanınan Elmuraz Məmmədova ağırlaşdırıcı hallarda törədilmiş qətl və hədə-qorxu yolu ilə pul tələb etmə (reket) faktları üzrə qiyabi ittiham irəli sürüb.
Xeber.ge xeber verir ki,
İstintaqın versiyasına əsasən, o, bu hadisələrdən birində sahibkarın qətlini sifariş edib. Cinayəti həyata keçirən iki şəxs 2025-ci il iyunun 25-də sahibkarı odlu silahla qətlə yetirib. Digər hadisədə isə polis sifarişli qətl cəhdinin qarşısını alıb və cinayəti planlaşdıran şəxs 6 noyabrda saxlanılıb.
Prokurorluğun açıqlamasına əsasən, saxlanılan şəxsə qətl hazırlığı və qanunsuz silah saxlama ittihamı irəli sürülüb, Elmuraz Məmmədov isə qətl, qətl hazırlığı və reket epizodları üzrə məsuliyyətə cəlb olunur.
Cinayət əməlləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Elmuraz Məmmədov “İnterpol”un qırmızı bülleten xətti ilə beynəlxalq axtarışdadır.