Gürcüstanın dörd regionunda xüsusi əməliyyat: Silah-sursatla 5 şəxs saxlanıldı

Aug 28, 2026 - 13:04
 0  4
Gürcüstanın dörd regionunda xüsusi əməliyyat: Silah-sursatla 5 şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Tbilisi, İmereti, Şida Kartli və Sameqrelo-Zemo Svaneti polis departamentlərinin əməkdaşları müxtəlif vaxtlarda keçirilmiş profilaktik tədbirlər nəticəsində odlu silah və hərbi sursatı qanunsuz olaraq əldə etmə və saxlama ittihamı ilə 5 şəxsi saxlayıblar.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı DİN yayır.

Qurumun bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin evlərində keçirilən axtarışlar zamanı müxtəlif modelli odlu silahlar və hərbi sursatlar, o cümlədən 4 tapança, 129 ədəd döyüş patronu, tüfəng və daraqlar maddı sübut kimi müsadirə ediblər.

İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır ki, bu da 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.