Biz məktəblərdə 11 illik tədris sisteminə keçid etməliyik

Oct 16, 2025 - 21:30
 0  48
Biz məktəblərdə 11 illik tədris sisteminə keçid etməliyik

 

İrakli Kobaxidze təhsil islahatının təqdimatında bildirdi ki, məktəblərin bir hissəsində 11 illik təhsil proqramına keçmək lazımdır.

Xeber.ge xeber  verir ki, onun sözlərinə görə, “bu istiqamətdə də Təhsil Nazirliyi aktiv iş aparır”.

Kobaxidze həmçinin bildirdi ki, bakalavr dərəcəsi almaq üçün “demək olar ki, bütün ixtisaslar üçün üç il tam kifayətdir”.

“Biz müəyyən analiz apardıq və düşünürük ki, xüsusi ixtisaslar istisna olmaqla, 3+1 sisteminə keçməliyik, burada 3 il bakalavriata, 1 il magistraturaya ayrılır.

Üç il demək olar ki, bütün ixtisaslar üçün tam kifayətdir. Əlbəttə, tibb və oxşar ixtisaslar istisnadır.

Digər hallarda, praktiki olaraq bütün hallarda, üç ildə bakalavr səviyyəli təhsil almaq və bir ildə magistr səviyyəli təhsil almaq mümkündür”, - Kobaxidze bildirdi.