Bir nəfər öldürüldü, iki nəfər polis yaralandı

Aug 8, 2025 - 10:28
 0  51
Bir nəfər öldürüldü, iki nəfər polis yaralandı

Kareli bələdiyyəsinin Bebnisi kəndində odlu silahdan açılan atəş nəticəsində bir kişi qətlə yetirilib.

Öldürülən şəxs Kareli merinin nümayəndəsinin qardaşıdır.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, cinayəti törətmiş şəxs hüquq-mühafizə orqanlarının hadisə yerinə gəlməsi zamanı onların istiqamətində bir neçə dəfə atəş açıb. Nəticədə Daxili İşlər Nazirliyinin iki əməkdaşı yaralanıb. Onlardan birinə hadisə yerində tibbi yardım göstərilib, digəri isə xəstəxanaya yerləşdirilib.

mənbə: interpress