Batumidə bir nəfər bıçaqlanıb

Dec 30, 2025 - 10:13
 0  22
Batumidə bir nəfər bıçaqlanıb

Batumi şəhərində bir nəfər bıçaqlanıb. Yaralı şəxs tibb müəssisəsinə yerləşdirilib.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı "Ajara Times" yayıb.

Nəşrin məlumatına görə, hadisə dekabrın 28-də baş verib və buna qarşılıqlı mübahisə səbəb olub. Mövcud məlumatlara görə, yaralanan şəxs xarici ölkə vətəndaşıdır.

Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi (sağlamlığa qəsdən ağır zərər vurma) ilə araşdırmalara başlayıb.