Zurabişvili AP-də çağırış etdi: Təcili hərəkətə keçin!

Dec 18, 2024 - 22:42
 0  34
Zurabişvili AP-də çağırış etdi: Təcili hərəkətə keçin!

Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Parlamentində çıxışı zamanı Avropanı, AB-ni Gürcüstandakı böhranın həllinə kömək etmək üçün mümkün qədər tez hərəkət etməyə çağırıb.

Bu barədə gürcü mediası məlumat yayıb.

“Bu, Gürcüstan üçün həlledici vaxtdır. Biz özümüzü 1921-ci ildə hiss edirik”, - Zurabişvili bildirib.
Prezident deyib ki, biz vətəndaş qarşıdurmasına doğru gedirik:

“Amma bölünən xalq deyil... Bir tərəfdə Gürcüstan xalqı, digər tərəfdə isə hakimiyyətin repressiya aparatıdır”.
Zurabişvilinin sözlərinə görə, Gürcüstanın hakim partiyası ən azı 2019-cu ildən Rusiya yolu ilə gedir və bunun təzahürü “Qavrilovun gecəsi” olub.

O, hakimiyyətin qəsb edildiyini elan edərək, “seçkilərin xüsusilə mürəkkəb bir şəkildə saxtalaşdırıldığını" iddia edib.

Prezident AB-ni Gürcüstanda siyasi böhrandan çıxış yolu ola biləcək yeni seçkilərə nail olmaq üçün bütün mövcud rıçaqlardan istifadə etməyə çağırıb.

mənbə: axar