Batumidə Gənc oğlan binadan yıxılaraq həyatını itirdi
Batumidə yaşayış binasından gənc oğlan yıxılaraq hadisə yerində həlak olub.
XEBER.GE xeber verir ki, hadisə Selim Ximşiaşvili küçəsində baş verib. Məlumatı "Adjara Times" yayır.
Daxili İşlər Nazirliyindən "PrimeTime"a verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə istintaq başladılıb.
Hadisənin digər təfərrüatları hazırda məlum deyil.