Batumidə dörd nəfər xarici ölkə vətəndaşı qətlə yetirilib

Dec 10, 2024 - 00:01
 0  39
Batumidə dörd nəfər xarici ölkə vətəndaşı qətlə yetirilib

Batumidə iki nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Söhbət Batumidə 4 xarici vətəndaşın qətlindən gedir. Qurumun məlumatına görə, saxlanılanlar da xarici ölkə vətəndaşlarıdır.

“DİN-in Acarıstan Polis İdarəsi və Şida Kartli Polis İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində iki və ya daha çox şəxsi ağırlaşdırıcı şəraitdə qəsdən öldürmə ittihamı ilə iki xarici ölkə vətəndaşını saxlayıblar.

Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

İstintaq müəyyən edib ki, bu il dekabrın 7-də Batumidə müttəhimlər qisas məqsədilə dörd xarici vətəndaşı güllələyiblər, bundan sonra hadisə yerindən gizləniblər.

Alınan yaralar nəticəsində 3 nəfər yerindəcə, 1 nəfər isə sonradan tibb müəssisəsində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri Tbilisi-Senaki-Leselidze mərkəzi avtomobil yolunda avtomobillə hərəkətdə olarkən saxlayıb və təqsirləndirilən şəxs qismində tutublar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları maddi sübut kimi 3 ədəd odlu silah, patron və bir ağızlıq götürüblər”, - məlumatda deyilir.

mənbə: interpress