Batumidə 3 polis əməkdaşı yaralanıb

Jan 22, 2025 - 14:29
 0  50
Batumidə 3 polis əməkdaşı yaralanıb
: :
playing

Batumidə 3 polis əməkdaşı yaralanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, 20 yanvar tarixində, Batumi şəhərinin Komaxidze küçəsində psixi pozğunluqdan əziyyət çəkən bir vətəndaşla bağlı İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzi 112-yə məlumat daxil olub.

Nazirliyin verdiyi məlumata əsasən, hadisə yerinə Acarıstan Patrul Polisi Departamentinin əməkdaşları cəlb olunub. Məhz bu zaman psixi pozğunluğu olan şəxs, G.N. əllərində olan bıçaqla 

polislərə qəfil hücum edib. Hücum zamanı o, üç patrul müfəttişinə müxtəlif nahiyələrdən bıçaqla xəsarətlər yetirib.

G.N. hadisə yerində saxlanılıb. Yaralanmış patrul müfəttişləri xəstəxanaya yerləşdirilib və hazırda hər üçü klinikada müalicə alır.

Polisə hücumla bağlı Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə araşdırma aparılır.