Batumi şəhərində güclü qar nəticəsində yaşayış binasının bir hissəsi uçub

Batumi şəhərinin Metaksas küçəsində güclü qar yağışı nəticəsində İtaliya tipli yaşayış binasının bir hissəsi dağılıb, dam isə tamamilə çöküb.
Şəhər sakinlərinin verdiyi məlumata görə, bu binada dörd ailə yaşayır və onlar təcili yardıma ehtiyac duyurlar.
“Yaşayış binasının bir hissəsi dağıldı, dam tamamilə uçdu. Burada dörd ailə yaşayırıq və gedəcək başqa yerimiz yoxdur. Hazırda Batumi meriyasının nümayəndələri gəlib və bizi müvəqqəti yaşayış yerinə köçürməyi təklif edirlər. Görünür, əvvəlcə vəziyyəti araşdıracaqlar. Ümumi yaşayış binasının damı və bir hissəsi tamamilə dağılıb”, – deyə bina sakini bildirib.
Fövqəladə Halların İdarəolunması Xidmətinin məlumatına görə, çökmüş ikimərtəbəli barak tipli yaşayış binasında iki nəfər dağıntılar altında qalıb. Xilasedicilər onların xilas edilməsinə nail olublar.
İdarənin açıqlamasına görə, hər iki zərərçəkmiş tibb müəssisəsinə yerləşdirilib və hazırda onların həyatına təhlükə yoxdur.
"Gürcüstan Daxili İşlər Nazirliyinin Təcili Yardım və Əməliyyat İdarəetmə Mərkəzi “112”-yə Batumi şəhərində, İrodion Metaksas küçəsində qəzalı yaşayış binasının divarının uçması və sakinlərin çöldə çıxa bilməməsi barədə məlumat daxil olub.
Məlumat daxil olan kimi dərhal Fövqəladə Halların İdarəolunması Xidmətinin yanğınsöndürən-xilasediciləri və digər aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində müəyyən edilib ki, ikimərtəbəli barak tipli yaşayış binası uçub və iki nəfər dağıntılar altında qalıb. Xilasedicilər onların sürətli reaksiyası nəticəsində zərərçəkmişləri dağıntılar altından çıxara biliblər.
Hər iki şəxs əlaqə saxlaya biləcək vəziyyətdədir və təcili tibbi yardım xidməti tərəfindən tibb müəssisəsinə aparılıb. Onların həyatına təhlükə yoxdur,” – deyə rəsmi açıqlamada bildirilir.
mənbə: Interpress