Batumi şəhərində əcnəbi polisə yaxalanmamaq üçün binanın 4-cü mərtəbəsindən tullanıb
Batumi şəhərinin Qorqasali küçəsində xarici ölkə vətəndaşı hüquq-mühafizə orqanlarının əməkdaşlarından yayınmaq məqsədilə yaşayış binasının 4-cü mərtəbəsindən tullanıb.
Yaralı xəstəxanaya çatdırılıb.
XEBER.GE xeber verir ki, “InterPressNews”in məlumatına görə, hadisə polisə mənzildə narkotik vasitələrin ola biləcəyi barədə məlumat daxil olduqdan sonra baş verib. Kişilərdən biri cinayət məsuliyyətindən yayınmaq məqsədilə mənzilin 4-cü mərtəbəsindən tullanaraq binanın yaxınlığında dayanmış avtomobilin üzərinə düşüb.
Yaralanan kişinin sağlamlıq vəziyyəti hazırda məlum deyil.
Agentliyin məlumatına görə, hadisədə başqa şəxslər də iştirak edir. İnsidentdə iştirak edən hər üç xarici ölkə vətəndaşının şəxsiyyəti müəyyən edilib.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir və müvafiq istintaq tədbirləri həyata keçirilir.