B-52 qəzaya uğradı, heyət hamısı öldü

Jun 16, 2026 - 10:56
 0  19
B-52 qəzaya uğradı, heyət hamısı öldü

ABŞ-ın Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayan "B-52 Stratofortress" strateji bombardmançısının 8 nəfərlik heyətinin hamısı həlak olub.

XEBER.GE xəbər verir ki, bu barədə Edvards aviabazasının X hesabında məlumat verilib.

Məlumata görə, B-52 bombardmançısı planlaşdırılmış sınaq uçuşu üçün havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Hadisə Mojave səhrasında, Los-Ancelesdən təxminən 160 kilometr şimalda baş verib.

Qəzanın səbəbləri araşdırılır.

 mənbə: axar.az