Kürə aşan maşının sürücüsünün meyiti 2 həftə sonra tapıldı

Jun 16, 2026 - 11:37
 0  15
Kürə aşan maşının sürücüsünün meyiti 2 həftə sonra tapıldı

Mtkvari çayına aşan avtomobilin sürücüsünün meyiti 14 günlük fasiləsiz axtarışlardan sonra tapılıb.

XEBER.GE xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.

Qurumun rəsmi bəyanatına əsasən, yanğınsöndürən-xilasedicilər iyunun 2-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Kür çayına düşən maşının sürücüsünün cansız bədənini iki həftəlik gərgin axtarışlar nəticəsində aşkarlayıblar.

Axtarış-xilasetmə tədbirləri Tbilisi və Rustavi miqyasında, Mtkvari çayı boyunca 24 saatlıq fasiləsiz rejimdə həyata keçirilib. Əməliyyatlara hər gün Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin 100-dən çox yanğınsöndürən-xilasedicisi, dalğıc qrupları, həmçinin müvafiq xüsusi texnika və xüsusi avadanlıqlar cəlb olunub.

Meyit artıq sudan çıxarılıb və hazırda faktla bağlı müvafiq hüquqi prosedurlar aparılır.