Bəhreyn ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə yatıracaq

Jul 17, 2025 - 10:39
 0  15
Bəhreyn ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə yatıracaq

"Bəhreyn ABŞ iqtisadiyyatına təxminən 17 milyard dollar sərmayə yatırmaq niyyətindədir".

Xeber.ge xəbər verir ki, bunu Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Əl Xəlifə Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı deyib.

"ABŞ-yə daxil olacaq 17 milyard dollar məbləğində razılaşmaları elan etməkdən məmnunuq. Bu, real puldur, saxta razılaşmalar deyil", - deyən vəliəhd söhbətin hansı layihələrdən getdiyini dəqiqləşdirməyib.

O, Trampla danışıqlar zamanı təhlükəsizlik, ticarət və investisiya ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırdığını bildirib.

mənbə: oxu.az