Azərbaycan quru sərhədinin açılmasını yenidən təxirə salıb

Sep 22, 2025 - 22:26
 0  50
Azərbaycan quru sərhədinin açılmasını yenidən təxirə salıb

Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejiminin müddətini uzadıb. Hökumətin qərarı ilə ölkənin quru sərhədləri 2026-cı il yanvarın 1-i səhər saat 6:00-a qədər bağlı qalacaq.

Bu barədə qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Əvvəlki qərara əsasən, xüsusi karantin rejimi bu il oktyabrın 1-i səhər saat 6:00-da başa çatmalı idi.

Məlumat üçün bildirək ki, Azərbaycanın quru sərhədi COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin yazından bağlanıb. 2023-cü il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 pandemiyası ilə bağlı qlobal fövqəladə vəziyyətin başa çatdığını elan etməsinə baxmayaraq, Bakı karantin rejimini “lazım olana qədər” saxlayacağını bəyan edib.

Hazırda Azərbaycana giriş yalnız hava yolu ilə mümkündür. Bununla belə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəni quru yolu ilə də tərk edə bilərlər.

mənbə: Intrepress.ge