Axmetada faciə: Övladını burulğandan xilas edən ata göldə boğuldu
Axmetada göldə boğulmaq təhlükəsi ilə üzləşən övladını xilas etmək istəyən ata faciəvi şəkildə həyatını itirib.
XEBER.GE xeber verir ki,
bədbəxt hadisə Axmeta bələdiyyəsinin Çaçxriala kəndində yerləşən göldə qeydə alınıb. Məlumata görə, yeniyetmə göldə çimərkən qəfildən burulğana düşüb. Övladının köməksiz vəziyyətdə qaldığını görən ata onu xilas etmək üçün dərhal suya tullanıb.
Fədakar ata övladını sudan çıxarmağı bacarsa da, özü burulğandan xilas ola bilməyib və boğularaq dünyasını dəyişib.
Yeniyetmənin vaxtında sudan çıxarıldığı və hazırda onun həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.