“Energo-Pro Georgia” 4 oktyabrda fövqəladə rejimdə işləyəcək

Oct 3, 2025 - 12:10
 0  13
“Energo-Pro Georgia” 4 oktyabrda fövqəladə rejimdə işləyəcək

4 oktyabrda keçiriləcək yerli özünüidarəetmə seçkiləri günü “Energo-Pro Georgia” şirkəti fövqəladə rejimdə fəaliyyət göstərəcək.

Bu barədə şirkət məlumat yayıb.

Şirkətin məlumatına görə, bütün bələdiyyələrdə 24 saatlıq rejimdə xüsusi növbətçi qruplar işləyəcək və texnika da səfərbər olunacaq. Növbətçi qruplar birbaşa seçki məntəqələri ilə əlaqədə olacaqlar.

“Əgər əlverişsiz hava şəraiti və ya digər gözlənilməz səbəblərdən elektrik enerjisində qəza məhdudiyyətləri baş verərsə, şirkətin texniki xidməti operativ və çevik reaksiya göstərəcək. Növbətçi məsul şəxslərin siyahısı və əlaqə nömrələri artıq Mərkəzi Seçki Komissiyasına göndərilib. MSK nümayəndəsi şirkətin baş dispetçeri ilə birbaşa əlaqə saxlaya biləcək. Bundan əlavə, müəyyən sayda generatorlar da hazır vəziyyətdə olacaq ki, elektrik enerjisinin gözlənilməz kəsilməsi zamanı seçki prosesi dayanmasın,” – deyə “Energo-Pro Georgia”nın bəyanatında qeyd olunur.

mənbə: interpress