Avtomobillərdə yüksək səsə görə cərimələr başlayır

Aug 28, 2026 - 21:06
Aug 28, 2026 - 21:07
 0  13
Avtomobillərdə yüksək səsə görə cərimələr başlayır
: :
playing

İctimai qaydanın qorunmasının daha da effektiv icrası məqsədilə Gürcüstanın daxili işlər nazirinin əmri verilib. Bu əmrlə nəqliyyat vasitəsinin istismarı zamanı yaranan (səs) səviyyəsinin sertifikatlaşdırılmış portativ aparat vasitəsilə yoxlanılması qaydaları və şərtləri müəyyən edilib.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı DİN yayır.

"Cari ilin sentyabrın 1-dən Daxili İşlər Nazirliyinin səlahiyyətli bölmələri yol hərəkəti şəraitində nəqliyyat vasitəsinin istismarı zamanı yaranan küy səviyyəsinin yoxlanılmasını qurum tərəfindən əldə edilmiş, beynəlxalq ISO 5130:2019 standartına uyğun olan küy səviyyəsini ölçən portativ cihaz dəsti vasitəsilə həyata keçirəcəklər.

Nəqliyyat vasitələrinin istismarı zamanı yaranan küyün icazə verilən normaları Gürcüstan Hökumətinin müvafiq qərarı ilə tənzimlənir.

Qərara əsasən, yaşayış məntəqələrində gecə saatlarında — saat 23:00-dan 08:00-dək nəqliyyat vasitəsinin istismarı zamanı yaranan küy 80 desibeli aşmamalıdır.

Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə əsasən, istismarı zamanı yaranan küy Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş normadan artıq olan nəqliyyat vasitəsinin idarə edilməsi 100 lari məbləğində cəriməyə və sürücülük vəsiqəsinin ballarının 10 bal azaldılmasına, eyni əməlin təkrar törədilməsi 200 lari məbləğində cəriməyə və 20 bal azaldılmasına, üçüncü və növbəti hər bir hal isə 300 lari məbləğində cəriməyə və sürücülük vəsiqəsinin ballarının 30 bal azaldılmasına səbəb olur.

Daxili İşlər Nazirliyinin əməkdaşları ictimai qaydanın və vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə müvafiq tədbirlərin görülməsini, o cümlədən yol hərəkətinin tənzimlənməsini və yol qayda pozuntularına reaksiyanı aktiv rejimdə davam etdirirlər", — deyə DİN-in məlumatında qeyd olunur.