Almaniya XİN Gürcüstan hakimiyyətinə çağırış edib

Sep 10, 2025 - 19:41
 0  32
Almaniya XİN Gürcüstan hakimiyyətinə çağırış edib

"Federal Xarici İşlər Nazirliyi cənab Papuaşvilinin əsassız ittihamlarını qəti şəkildə rədd edir və pisləyir. Biz onun dezinformasiya və bölücü rəvayətlər yaymaqla Almaniya-Gürcüstan münasibətlərini fəal şəkildə pozmasından narahatıq".

Bu barədə Almaniya Federal Xarici İşlər Nazirliyinin mətbuat katibinin bəyanatında deyilir.

Bundan əlavə, qurumun izahatına əsasən, “Almaniyanın Tbilisidəki səfiri federal hökumətin mövqeyini təmsil edir”.

"Biz “Gürcü arzusu”nun nümayəndələrinin Almaniya səfirinə qarşı aqressiv ritorikasını qətiyyətlə pisləyirik. Almaniya səfiri Tbilisidə federal hökumətin mövqeyini təmsil edir. Almaniya bir daha Gürcüstan hakimiyyətini Avropa İttifaqı və Almaniyanın mövqeləri və siyasətləri ilə bağlı yalan xəbərlər yaymağı dayandırmağa və mövcud siyasi kursu dəyişməyə çağırır”, - bəyanatda deyilir.

Məlumat üçün bildirək ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili iki gün əvvəl sosial şəbəkədə yazıb ki, Almaniya səfirinin dəstəklədiyi “tituşka” “Gürcü arzusu”nun Tbilisidəki qərargahına hücum edib.

mənbə: interpress