Gürcüstan 36 əcnəbini deportasiya edib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin aidiyyəti struktur bölmələrinin koordinasiyası ilə son günlər ərzində keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 36 xarici ölkə vətəndaşı deportasiya olunub.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, deportasiya edilən şəxslər Azərbaycan, Banqladeş, Belarus, Misir, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Nigeriya, Pakistan, Rusiya, Filippin və Çin vətəndaşlarıdır.
Onların hər birinə Gürcüstana giriş qadağası qoyulub.
mənbə: report