"Tbilisoba" sentyabrın 20-21-də keçiriləcək

Sep 10, 2025 - 17:49
 0  6
"Tbilisoba" sentyabrın 20-21-də keçiriləcək

“Tbilisoba” xalq bayramı bu il sentyabrın 20-21-də keçiriləcək – bu barədə Tbilisinin meri Kaxa Kaladze munisipalitet hökumətinin iclasında deyib.

O bildirib ki, müxtəlif aktivliklər və tədbirlərdən başqa, sentyabrın 20-də fəxri Tbilisi sakinlərinin mükafatlandırma mərasimi, sentyabrın 21-də isə bayram konserti keçiriləcək.

“Bu il oktyabrın 4-də özünüidarəetmə seçkiləri olduğu üçün “Tbilisoba” sentyabrın 20-21-də keçiriləcək. Tədbirin əsas məkanları yenə də Orbeliani Meydanı və Riğe Parkı olacaq, burada iki gün ərzində qonaqları rəngarəng proqram gözləyir. Sentyabrın 20-də Dövlət Mərasimlər Sarayında televiziya vasitəsilə yayımlanacaq ənənəvi olaraq fəxri Tbilisi sakinlərinin mükafatlandırma mərasimi keçiriləcək, sentyabrın 21-də isə Avropa Meydanında bayram konserti keçiriləcək.

Digər tədbirlərə gəlincə, hər iki gündə Orbeliani meydanında sərgilər, teatrlaşdırılmış, əyləncəli və ya uşaq proqramları təqdim olunacaq; Abanotubanidə sentyabrın 20-21-də “Tbilisisayağı rəngarənglik” sərgi-satışı keçiriləcək, Riğe Parkına gedən qonaqları isə uşaq tamaşaları və gürcü estrada ifaçılarının iştirakı ilə bayram konserti gözləyir. Sentyabrın 21-də saat 20:00-da isə, Avropa meydanında, artıq dediyim kimi, “Tbilisoba”nın bayram konserti başlayacaq” – Kaxa Kaladze qeyd edib.

O, tədbirlər haqqında ətraflı məlumatı bələdiyyənin yaxın günlərdə yayacağını bildirib.