Alazani çayı magistral yolu basdı – Heretiskaridə nəqliyyat məhdudiyyəti-VİDEO
Gürcüstanın Laqodexi bələdiyyəsində Alazani çayının səviyyəsinin kəskin yüksəlməsi nəticəsində beynəlxalq əhəmiyyətli magistral yolda hərəkət çətinləşib.
Xeber.ge xəbər verir ki,
Beynəlxalq əhəmiyyətli Tbilisi-Bakurtsixe-Laqodexi avtomobil yolunun 130-cu kilometrliyində (Heretiskari kəndi hissəsi) yaranmış vəziyyətlə əlaqədar aşağıdakı məhdudiyyətlər tətbiq edilib:
Bu növ nəqliyyat vasitələrinin sözügedən ərazidən keçidi müvəqqəti olaraq qadağan edilib.
İki və daha çox aparıcı körpüsü olan (4x4) nəqliyyat vasitələri və digər növ ağır texnikanın hərəkəti isə sərbəstdir.
Hazırda Avtomobil Yolları Departamentinin əməkdaşları və xüsusi texnika ərazidə monitorinq aparır. Çayda suyun səviyyəsi enənə qədər yüngül avtomobillər üçün məhdudiyyətin qüvvədə qalacağı bildirilir. Sürücülərə ehtiyatlı olmaq və rəsmi xəbərdarlıqları izləmək tövsiyə olunur.