İsrail Livanda ciddi itkilər verir: Canlı qüvvə və texnika məhv edilir
İsrail ordusu Livan ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar zamanı ciddi itkilərlə üzləşib. Şiə hərəkatı “Hizbullah”ın aktivləşməsi fonunda İsrail hərbi birləşmələri həm canlı qüvvə, həm də zirehli texnika baxımından böyük zərər görüb.
Xeber.ge xəbər verir ki, bu barədə "Military Watch Magazine" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, "Hizbullah" döyüş meydanında taktikasını dəyişərək pilotsuz uçuş aparatlarından (PUA) istifadəni kəskin artırıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə İsrailin ən müasir "Merkava IV" tanklarının, "Namer" zirehli transportyorlarının və mühəndis texnikalarının dəqiq hava zərbələri ilə hədəfə alındığı əks olunub.
Hərbi ekspertlər qeyd edir ki, dron taktikası "Hizbullah"ın əməliyyatlarında əsas elementə çevrilib. Nəşrin iddiasına görə, İsrail ordusunun hazırkı itkiləri son onilliklərin ən ağır göstəricilərindən biri ola bilər. Lakin hələlik İsrail tərəfi bu itkilərlə bağlı rəsmi rəqəmləri açıqlamayıb.
mənbə: publika.az