Aİ Gürcüstandakı vəziyyəti müzakirə edəcək

Oct 29, 2024 - 22:37
 0  18
Aİ Gürcüstandakı vəziyyəti müzakirə edəcək

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinin müzakirə olunacağı Siyasət və Təhlükəsizlik üzrə Komitənin iclasının çağırıldığını bildirib.

Bu barədə J.Borrelin bəyanatında deyilir.

"Mən bu məsələni noyabr ayında keçiriləcək Xarici İşlər üzrə (Aİ) Şurasının gündəliyinə də daxil etmişəm", - bəyanatda qeyd olunub.

Onun sözlərinə görə, Gürcüstan Aİ-yə namizəd ölkədir və buna görə də Avropa dəyərlərinə sadiqliyini nümayiş etdirməlidir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 26 oktyabrda keçirilən seçkilərin nəticələrinə əsasən, hakim partiya 53,93 % səs toplayıb.

mənbə: report