Aİ Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər

Avrokomissiya Gürcüstana qarşı sanksiyaların tətbiqi, həmçinin bu ölkə ilə vizasız gediş-gəliş rejiminin ləğv olunmasının mümkünlüyünü nəzərdən keçirir.
Bu barədə Avrokomissiyanın nümayəndəsi Anita Hipper brifinqdə etdiyi çıxışda bildirib.
“Keçirdiyimiz müzakirələr zamanı sanksiyalardan tutmuş vizasız rejimin dayandırılmasına və digər tədbirlərə qədər müxtəlif variantlar nəzərdən keçirilib.
Eyni zamanda, artıq qeyd edildiyi kimi, biz siyasi təmaslarımızın səviyyəsini tam şəkildə endirmişik, gürcü hakimiyyətinə maliyyə yardımını dayandırmışıq və vətəndaş cəmiyyətinə dəstəyimizi artırmışıq”, - deyə o bildirib.
mənbə: trend