Aİ dövlət və hökumət başçılarının görüşündə Gürcüstandakı vəziyyət müzakirə ediləcək

Nov 7, 2024 - 14:07
 0  16
Aİ dövlət və hökumət başçılarının görüşündə Gürcüstandakı vəziyyət müzakirə ediləcək

Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçılarının 7-8 noyabr tarixlərində keçiriləcək qeyri-rəsmi görüşündə Gürcüstandakı vəziyyət müzakirə ediləcək.

Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişelin dəvət məktubunda bildirilib.

"Biz həmçinin Gürcüstanda seçkilərdən sonra yaranmış vəziyyəti və irəliyə doğru yolları müzakirə edəcəyik", - məktubda qeyd edilib.

mənbə: apa