Ağır yol qəzası: 19 yaşlı gənc həyatını itirdi

Laqodexinin Lelian kəndinin mərkəzində baş verən yol-nəqliyyat hadisəsi 19 yaşlı gəncin həyatına son qoydu.
Hadisə gecə saatlarında qeydə alınıb.
Yerli sakinlərin verdiyi məlumata görə, gənc motosikletlə hərəkətdə olarkən sükanı idarə edə bilməyib, yoldan çıxaraq aşıb və elektrik dirəyinə çırpılıb.
mənbə: interpress